Ermənilərin törətdiyi Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir

Ermənilərin törətdiyi Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir
22:28 19 Fevral 2015
478 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 fevral, AzərTAc
Varşava şəhərində polşalı mühəndis, səyyah, yazıçı, bu ölkədə nəşr olunan “Rurociągi” (“Boru kəmərləri”) dərgisinin redaktoru Vitold Şirin Mixalovskinin “Biz avrosarmatlarıq” adlı kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə Polşa ictimaiyyətinin və dövlət qurumlarının nümayəndələri, yazıçı və publisistlər, jurnalistlər, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Polşadakı səfirliyindən AzərTAc-a bildiriblər ki, təqdimat mərasimində çıxış edən V.Ş.Mixalovski müxtəlif dövrlərdə səyahət etdiyi ölkələr, onların tarixi, mədəniyyəti adət və ənənələri haqqında məlumat verib. Azərbaycan üzərində xüsusi dayanan müəllif ölkəmizin tarixi, mədəniyyəti, sadə insanları haqqında söhbət açıb. O, Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olduğunu söyləyib, ölkəmizin inkişaf etmiş neft sənayesi haqqında danışıb.
V.Ş.Mixalovski Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu xüsusi qeyd edib. O, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, azərbaycanlıların soyqırımına məruz qalmasından da bəhs edib. V.Ş.Mixalovski bildirib ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Bu gün də davam edən bu işğal çoxlu sayda insanın ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsi ilə müşayiət olunub. O deyib: “Sizin erməni terrorundan bəlkə də xəbəriniz yoxdur. Bilin ki, Azərbaycan xalqı son 100 ildə dəfələrlə erməni terroruna məruz qalıb, dinc əhaliyə divan tutulub. Ermənilərin törətdiyi Xocalı soyqırımı isə Azərbaycan tarixinin ən qanlı səhifələrindən birinə çevrilib”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ermenilerin_toretdiyi_Xocali_soyqirimi_Azerbaycan_tarixinin_en_qanli_sehifelerinden_biridir-833549

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR