Azərbaycanda keçiriləcək "Miss & Mister Turkvision2016" yarışmasına qatılmaq istəyən gənclər üçün bu gün "Divan Express Baku Hotel"ində seçim turları keçirilib. Xarici görünüşünə güvənən oğlan və qızlar münsiflər heyətinin rəğbətini qazanmağa çalışıblar.
Təşkilatçı Orxan Tənahirli əməkdaşımıza verdiyi açıqlamasında bildirdi ki, bu gözəllik müsabiqəsi digərlərindən çox fərqlənəcək: "Aylardır üzərində çalışdığımız bu layihəni, nəhayət ki, ilk mərhələsini uğurla ərsəyə gətirdik. "Miss & Mister Turkvision2016" müsabiqəsinin əsas final günü may ayının ilk ongünlüyündə keçiriləcək.
Azərbaycan da daxil olmaqla türkdilli dövlətlərin əksəriyyəti bu müsabiqə üçün iştirakçılar seçib göndərəcəklər. Başda estrada ulduzu Samir Cavadzadə, stilist Syama, fitness üzrə məşqçi Ceyhun Vəliyev olmaqla dəvətimizi qəbul edib Bakı seçimlərində münsiflik edən hər bir məşhur ayrı-ayrılıqda təşəkkür edirəm. Əmin olun ki, yarımfinal və final mərhələləri tam şəffaf keçiriləcək. Və ən layiqli namizəd vətənimiz adından səhnəyə çıxacaq".
Primitime.az



