A–
Bakı, 2 aprel, Nihad Budaqov, AZƏRTAC
BP və onun tərəfdaşları ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü üzrə yeni sazişin bu ilin sonunadək imzalanması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında məlumat verib. R.Abdullayev bildirib ki, yeni sazişlə bağlı danışıqlar davam etdirilir və bu ilin axırına kimi razılıq əldə edilə bilər.
Qeyd edək ki, sazişin 2024-2040-ci illəri əhatə etməsi planlaşdırılır.
AZERTAG.AZ :“Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə yeni saziş ilin sonunadək imzalanacaq