Bakıda 336 nəfəri siçovul dişləyib

Bakıda 336 nəfəri siçovul dişləyib
06:11 20 Fevral 2015
153 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən il Azərbaycanda 15 min 133 nəfəri müxtəlif heyvanlar dişləyib. Bunu açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksion xəstəliklər şöbəsinin müdiri Elmira Əliyeva bildirib. Zərərçəkənlərin əksəriyyəti it dişləməsinə məruz qalıb. Daha sonra pişik, siçovul və digər heyvanlar tərəfindən dişləmə hadisələri qeydə alınıb.

Paytaxt üzrə heyvan dişləmələrinin statistikası da dəhşət saçır. Ötən ay Bakıda 4420 dişləmə faktı qeydə alınıb. 3336 nəfəri it, 638 nəfəri pişik, 336 nəfəri siçovul, 80 nəfəri isə başqa heyvanlar dişləyib. Bu, keçən ilin analoji dövrü ilə müqayisədə 6 faiz azdır.

Dişləmə hadisələri isə müxtəlif şəraitlərdə baş verir. Əsasən bu sahibsiz heyvanlar tərəfindən olan hücumlardır. Amma evdə saxlanılan heyvanların sahibinə və ya qonaq gələn şəxsə qarşı gözlənilməz davranışı da müşahidə olunub. Mütəxəssislər bildirir ki, heyvan tərəfindən dişləməyə məruz qalan insanlar ilk növbədə yerli poliknikalara müraciət etməlidir.

Qeyd edək ki, heyvan dişləmələrilə bağlı hər hansı bir virusa, quduzluğa yoluxma hallarına rast gəlinməyib.
Mənbə
ANS-TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327132

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR