Kənd məktəbində Beynəlxalq Ana Dili Günü qeyd olunub

Kənd məktəbində Beynəlxalq Ana Dili Günü qeyd olunub
07:03 20 Fevral 2015
284 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağsu, 20 fevral, Adil Ağayev, AzərTAc
Birləşmiş Millətlər Təşkilatı tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
AzərTAc xəbər verir ki, bu münasibətlə fevralın 19-da Ağsu rayon Pirhəsənli kənd tam orta məktəbində tədbir keçirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, məktəbin ibtidai sinif müəllimi Sitarə Nəsrullayeva və başqaları ölkəmizdə ana dilinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin xüsusi xidmətlərindən danışıblar. Qeyd olunub ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi çox mühüm hadisə kimi tarixə düşüb. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanunun qəbul edilməsi ana dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir mühüm addım olub.
Tədbirdə şagirdlərin ifasında Azərbaycan dilinə həsr olunan şeirlər səsləndirilib.
Sonda “Beynəlxalq Ana Dili Günü” adlı videoçarx nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kend_mektebinde_Beynelxalq_Ana_Dili_Gunu_qeyd_olunub-833563

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR