“Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsi parlamentin gündəliyindən çıxarılıb

11:32 2 Yanvar 2015
77 Digər
Ölkə mətbuatı
A- A+

[ 02 Yanvar 2015 11:29 ]

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda yeni hazırlanan “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsi Milli Məclisin gündəliyindən çıxarılıb.

MM-in Sosial siyasət komitəsindən APA-ya verilən məlumata görə, layihənin payız sessiyasında müzakirəsi nəzərdə tutulsa da, sənəd müzakirəyə çıxarılmayıb və yaz sessiyasında da müzakirəyə çıxarılmayacaq.

 

Qanun layihəsinin müzakirə üçün hələ hazır olmadığı bildirilir. 5 fəsil, 25 maddədən ibarət layihədə uşaqlara istirahət üzrə xidmətlərin göstərilməsinin qayda və şərtləri, həmçinin uşaqların istirahəti prosesinin iştirakçılarının hüquq və vəzifələri müəyyən edilir. Qanun layihəsində uşaqların istirahəti üçün müəssisələrin, istirahətin təsnifatı, yardıma ehtiyacı olan uşaqlar üçün isə xüsusi güzəştlərin tətbiqi nəzərdə tutulur. Qanunda, həmçinin uşaqların ölkədən kənarda, xarici ölkələrdə dövlət hesabına istirahətinin təşkili də əksini tapıb.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR