A+
A–

Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində konsert proqramı ilə çıxış edib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, musiqili-əyləncəli tədbirdə Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, Nahidə Orucova, Əkbər Əlizadə, aktrisa Ülviyyə Əliyeva, vokalçı artist Gülnarə Kərimbəyova, həmçinin xor və balet truppasının üzvləri iştirak ediblər.
Konsert proqramı çərçivəsində Dövlət Musiqili Teatrının cari repertuarında olan, tamaşaçıların hər zaman sevə-sevə və böyük maraqla izlədiyi tamaşalardan parçalar, müxtəlif yumoristik səhnəciklər, mahnı və rəqs nömrələri nümayiş olunub. Səhnə ilə tamaşaçı salonu arasındakı sərhədi aradan qaldıran, tamaşaçılarla canlı ünsiyyət yaradaraq onları ifa etdikləri rəqslərin, səhnəciklərin iştirakçısına çevirən Musiqili Teatrın kollektivi sağlamlıq imkanları məhdud gənclərimizə xoş əhval-ruhiyyə yaşadıblar.
AZERTAG.AZ :Musiqili Teatrın kollektivi Gənclərin Peşə Reabilitasiya Mərkəzində çıxış edib
Musiqili Teatrın kollektivi Gənclərin Peşə Reabilitasiya Mərkəzində çıxış edib
Musiqili Teatrın kollektivi Gənclərin Peşə Reabilitasiya Mərkəzində çıxış edib