Samsung Galaxy A seriyası təəccübləndirir!

Samsung Galaxy A seriyası təəccübləndirir!
11:32 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Samsung Yeni Galaxy A seriyasından A3 və A5 telefonlarını azərbaycanlı alıcılarına da təqdim etdi. A seriyasının yeni smartfonları bir sıra özəllikləri və yeni xüsusiyyətləriylə seçilir. Bu smartfonlarda Samsung ilk dəfə olaraq tamamilə metal korpusdan istifadə edib. Bundan əlavə, korpusun müxtəlif rənglərdə olması da diqqət çəkən məqamlardandır. Smartfonlarda yeniliklər və ilklər bununla da bitmir. Galaxy A seriyası Samsung-un indiyə kimi olanlar arasında ən incə telefonlarıdır. İncə və metal korpusla yanaşı, Super AMOLED ekran və təkmilləşdirilmiş audio funksiyası ilə smartfon yenilik sevənlərin əsas seçiminə çevriləcək. Galaxy A seriyası 5 MP ön kamera ilə gənclərə əla “selfie” təcrübəsi yaşadacaq.

Yeni Galaxy A seriyasının özəllikləri daha çox gənclər, sosial şəbəkələri aktiv istifadə edən qrup üçün əla alternativə çevriləcək. Smartfonların bütün dünyada məhz “Sənin Alternativin” başlığı ilə təqdim olunması da bu səbəbdəndir.

“Sənin Alternativin” kampaniyası çərçivəsində istəyən hər kəs, xüsusilə gənclər öz təəccüblü şəkillərini #seninalternativin hashtag-i ilə paylaşırlar. Müsabiqənin sonunda isə münsiflər tərəfindən sevilən, seçilən fotoların sahibləri Galaxy A seriyasından A3 və A5 telefonlarını əldə edəcəklər.

Müsabiqədə 28 Mall ticarət mərkəzində, müxtəlif universitetlərdə yerləşən xüsusi stendlərə yaxınlaşaraq da iştirak etmək mümkündür. Samsung bu müsabiqəylə yanaşı, ancaq sosial şəbəkələri əhatə edən “Sənin Alternativin kimdir?” müsabiqəsində də hədiyyə qazanmaq imkanı yaradır. Bütün bu hədiyyələr, müsabiqələr və yeniliklər haqqında “SAMSUNG AZERBAIJAN” facebook səhifəsindən ətraflı məlumat əldə edə bilərsiniz.

Samsung dünyanın aparıcı texnologiya şirkətlərindən biridir. Dünyada olduğu kimi Samsung Azərbaycanda da bir neçə ildir ki, fəaliyyət göstərir və alıcıları hər zaman yenilikləriylə sevindirməyi bacarır.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/325648.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR