“Bakcell” əməkdaşları Qafqaz Universitetinin tələbələri ilə görüşüblər

13:42 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 13:40 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bakcell” şirkətinin əməkdaşları Qafqaz Universitetinin tələbələri ilə görüş keçiriblər.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı tələbələrə şirkətin fəaliyyəti, tələbələr üçün nəzərdə tutulmuş “Smart Start” təcrübə proqramı, Azərbaycan dilində mobil applikasiyaların yaranmasını dəstəkləyən “Applab” proqramı və gənclər üçün geniş imkanlar yaradan digər f layihələr barədə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.

 

“Applab” layihəsinin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirməsinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələr yaratmalarına kömək göstərən effektiv alətlərin təmin edilməsidir. “Applab” proqramına qoşulmaq çox asandır. Bunun üçün http://www.bakcell.com/az/join-applab səhifəsinə daxil olub ərizə formasını doldurmaq yetərlidir.

 

Karyerasına başlamaq və ilkin iş təcrübəsi olmadığı səbəbindən işə düzəlməkdə çətinlik çəkən tələbə və məzunlar üçün nəzərdə tutulmuş “Smart Start” proqramı iş mühiti ilə tanış olmaq, praktiki təcrübəyə yiyələnmək və işə hazırlıq bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür. Təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün “Bakcell” təcrübəçilərə müvafiq məbləğdə təqaüd verir. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətləndirilir və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunurlar.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373497

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR