"Muravey" aşdı: ölən var

"Muravey" aşdı: ölən var
14:04 20 Fevral 2015
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Fevralın 19-da saat 11 radələrində Astara şəhərində ölümlə nəticələnən hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şəhər sakini Akif Mirzəyev idarə etdiyi “Muravey” markalı motosikletlə həmyerlisi Eldəniz İsmayılova məxsus “Muravey” markalı motosikleti yedəkdə təmirə apararkən ip qırıldığından E.İsmayılovun motosikleti aşıb. Nəticədə E.İsmayılov hadisə yerində dünyasını dəyişib.

 

Astara RPŞ tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194045

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR