"Mahir nişançı" turniri keçirilək

14:58 20 Fevral 2015
50 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend/

26 fevral - Xocalı faciəsinin ildönümü münasibəti ilə 2007-ci ildən etibarən Gənclər və İdman Nazirliyi tərəfindən respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında "Mahir nişançı" güllə atıcılığı üzrə turniri keçirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd, XX əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş soyqırımı qurbanlarının xatirəsini yad etmək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda hərbi vərdişlərin yaranmasını təmin etməkdir. Gənclərin ordu sıralarında hərbi xidmət keçmə hazırlığının yüksəlməsinə kömək göstərilməsi, eyni zamanda güllə atııcılğı idman növünün geniş təbliğ edilməsi də layihənin əsas məqsədlərindəndir.

Xocalı faciəsinin 23-cü ildönümü münasibəti ilə Gənclər və İdman Nazirliyi, Tələbə Gənclər Təşkilatlatı İttfaqı ilə birgə 21 fevral 2015-ci il tarixi saat 10.30-da C. Naxçıvanski adına Hərbi liseydə güllə atıcılığı üzrə turnir keçirəcək.

Turnirdə 27 ali və orta ixtisas təhsil müəssisəsindən 100-dən artıq tələbənin iştirakı nəzərdə tutulub.

Turnirin qalibləri Gənclər və İdman nazirliyi tərəfindən Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2366481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR