Aprelin 12-də İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) iştirakçı ölkələrinin xarici işləri nazirlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə ediləcək.

Milli.Az bildirir ki, bu barədə Trend-ə İslam Əməkdaşlıq Təşkilatından deyiblər.

Görüşdə terrorçuluqla mübarizə məsələləri də müzakirə ediləcək.

Qeyd edək ki, İƏT-in XIII sammiti 13-15 aprel tarixində İstanbulda keçiriləcək.

Milli.Az