Ötən il Azərbaycanda avtoxuliqanlığa görə 580 sürücü barəsində tədbir görülüb

16:52 20 Fevral 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 16:49 ]

Bakı. Fuad Cəfərov – APA. Ötən il Azərbaycanda avtoxuliqanlıq edən 580 sürücü barəsində tədbir görülüb.

APA-nın Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) saytına istinadən verdiyi məlumata görə, ötən il ərzində Mərkəzi İnformasiya Sisteminə daxil olmuş 933.576 məlumat əsasında elektron formada protokollar tərtib edilməklə icraya yönəldilib.

 

Ümumilikdə 2014-cü il ərzində yol hərəkətinə nəzarət prosesində 2.355.222 yol hərəkəti qaydası pozuntusu qeydə alınıb. 

 

Hesabat dövründə şüşələrinə plyonka və örtüklər çəkilmiş 7.901 avtomobilin sürücüsü aşkar edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb.

 

Baş idarənin əməkdaşları tərəfindən 2014-cü il ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılı, 56.308 avtomobil ilkin qeydiyyata alınıb, 75.969 ilkin sürücülük vəsiqəsi verilib.

 

Dövlət Yol Polisi əməkdaşları tərəfindən 3 ədəd «Kalaşnikov» tipli avtomat silah, 5 ədəd tapança, 5 ədəd tüfəng və 1 ədəd tank əleyhinə raket mərmisi, 4 ədəd avtomat sandıqçası, 1 ədəd pulemyot qaytarıcı mexanizmi, 1 ədəd siqnal fişəngi, 432 ədəd müxtəlif kalibrli patron aşkar edilərək istintaq orqanlarına təhvil verilib.

 

İl ərzində polisin digər xidmətləri ilə birgə 27 fakt üzrə 8 kiloqramdan çox (o cümlədən 551,61 qram marixuana, 1 kiloqram 98 qram tiryək, 6 kiloqram  10 qram həşiş qətranı, 703,8 qram heroin, 0,7 qram kofein, 100,38 qram metilamfetamin) narkotik maddə aşkar olunub. Ötən il ərzində BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 13 şəxs və 45 avtomobil saxlanılıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373531

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR