Fövqəladə hallar naziri Astarada vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri Astarada vətəndaşları qəbul edib
17:08 20 Fevral 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+


Astara, 20 fevral, Bağır Əliyev, AzərTAc
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov fevralın 20-də Astara Rayon Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşları qəbul edib.
AzərTAc xəbər verir ki, qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının sakinləri ilə yanaşı, həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Nazirliyin müvafiq struktur rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin də iştirak etdikləri qəbul zamanı müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdə olan evlərin təmiri və digər məsələlərlə bağlı olub.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 24 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 215, digər məsələlərlə bağlı müraciət etmiş 231 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq qurum rəhbərləri tərəfindən qəbul olunub.
Nazir Kəmaləddin Heydərov hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılmasını və qaldırılan məsələlərin operativ həll olunmasını müvafiq strukturların rəhbərləri qarşısında mühüm vəzifə kimi qoyub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fovqelade_hallar_naziri_Astarada_vetendaslari_qebul_edib-833698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR