Azərbaycan parlamentinin üzvləri İstanbulda Xocalı faciəsi ilə bağlı keçiriləcək anım mərasiminə qatılacaqlar

17:52 20 Fevral 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 17:45 ]


Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin deputatları Fəzail İbrahimli, Aqil Abbasov, Cavanşir Feyziyev və Sabir Rüstəmxanlı ölkəmizin İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə Xocalı faciəsinin növbəti ildönümünə həsr olunmuş anım mərasimlərində iştirak etmək üçün fevralın 21-dən Türkiyədə səfərdə olacaqlar. 

 

Parlamentdən APA-ya verilən məlumata görə, deputatlar İstanbul, İzmir, Bursa və Muğla şəhərlərində faciə ilə əlaqədar keçiriləcək tədbirlərə qatılacaqlar.

 

Deputatlar anım tədbirlərində Xocalı faciəsinin tarixi, dinc əhaliyə qarşı törədilən vəhşiliklər, erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırım siyasəti barədə fikirlərini açıqlayacaq, bu dəhşətli hadisənin geniş ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verəcəklər.

 

Səfər fevralın 28-də başa çatacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR