A–
Bakı, 14 aprel, AZƏRTAC
Mayın 11-12-də Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının 25-ci illik toplantısı çərçivəsində “Azərbaycanda investisiya imkanları” adlı sessiya keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, sözügedən tədbirdə təqdimat və çıxışlar üçün Azərbaycan iqtisadiyyatının özəl sektorunun nümayəndələri dəvət olunur.
“Azərbaycanda investisiya imkanları” adlı sessiyada iştirak etməkdə maraqlı olan özəl sektor nümayəndələri aprelin 18-dək İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.
AZERTAG.AZ :Londonda “Azərbaycanda investisiya İmkanları” adlı sessiya keçiriləcək