“ADA” Universiteti magistraturaya qəbul olunmaq istəyənləri “Açıq qapı” gününə dəvət edir

19:33 20 Fevral 2015
368 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
“ADA” Universiteti magistraturaya qəbul olunmaq istəyənləri “Açıq qapı” gününə dəvət edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzərTAc-a bildiriblər ki, “ADA” Universitetində tədris olunan: İctimai Siyasət (MPP), Diplomatiya və Beynəlxalq Münasibətlər (MADIA) və əyani, beynəlxalq MBA proqramları ilə maraqlananlar fevralın 27-də saat 15.00-dan 16.30-dək universitetin kampusunda keçiriləcək məlumat sessiyasında iştirak edə bilərlər.
Məlumat sessiyasında “ADA” Universitetinin tədris proqramları, tələbə həyatı, təhsil haqqına güzəşt imkanları, qəbul şərtləri və məzunlar üçün iş imkanları müzakirə olunacaq.
Maraqlananlar admissions@ada.edu.az elektron ünvanı vasitəsilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.
“ADA” Universitetinə gələrkən şəxsiyyət vəsiqəsini təqdim etmək vacibdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADA_Universiteti_magistraturaya_qebul_olunmaq_isteyenleri_Achiq_qapi_gunune_devet_edir-833772

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR