Bıçaqlanma hadisəsi Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb.
Axund Mirzə küçəsində ata və oğul arasında mübahisə davaya çevrilib. 56 yaşlı Valeh Quliyev qonşularını ayırmağa çalışıb və nəticədə bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər bir bıçaq xəsarəti alan şəxsin həyatı üçün təhlükə olmadığını bildiriblər.
Faktla əlaqədar cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Region TV
Videonu izləmək üçün şəklə klikləyin:

