Sabiq prezidentlərin Brüssel toplantısı işini yekunlaşdırıb

20:48 20 Fevral 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Brüsseldə keçirilən “Avropada etimadın bərpa olunması” adlı toplantı öz işini yekunlaşdırıb.
Komitədən AzərTAc-a bildiriblər ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və təşkilatın İdarə Heyətinin üzvü olan sabiq prezidentlər, baş nazirlər və nazirlər iki gün ərzində Avropada sülh və təhlükəsizlik məsələlərində əsas problemlərin həlli yollarını müzakirə ediblər.
Toplantının ikinci günündə aparılan müzakirələr zamanı bildirilib ki, bu gün beynəlxalq münasibətlərdə qarşılıqlı inamı bərpa etmək və ya yenidən inam yaratmaq üçün yeni yolların müəyyənləşdirilməsində böyük problemlər yaranır.
Görüşdə Avropada etimadın bərpa olunması, dünyada sülhün qorunması və daha sıx əməkdaşlıq istiqamətində fəaliyyətin zəruri olduğu vurğulanıb. Həmçinin sülhün qorunmasında beynəlxalq hüquqi qaydaların müəyyən edilməsi, Avropada və onun hüdudlarından kənarda münaqişələrin həlli üçün müvafiq mexanizmlər, enerji diplomatiyası və təhlükəsizlik, radikallaşma və Avropanın bu məsələdə rolu kimi mövzularla bağlı geniş fikir mübadiləsi aparılıb.
Toplantının ikinci günündə əsas diqqət bu ilin aprel ayında Bakıda keçiriləcək III Açıq Cəmiyyətlər Forumuna ayrılıb. Müzakirələrdə Forumun əhəmiyyəti vurğulanıb, müştərək cəmiyyətlər qurmaq və dünyanın əsas təhlükəsizlik problemlərinin həlli yollarını tapmaq üçün yeni strategiya və yerlər müəyyən etmək məqsədilə dünya liderlərinin tədbirdə bir araya gələcəkləri bildirilib.
Bununla da III Açıq Cəmiyyətlər Forumuna hazırlıq xarakteri daşıyan “Avropada etimadın bərpa olunması” adlı toplantı öz işini yekunlaşdırıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sabiq_prezidentlerin_Brussel_toplantisi_isini_yekunlasdirib-833815

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR