A+
A

Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 15-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-150, Kiçik Qafqazın çaylarında 80-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-80 faizini təşkil edib.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 16 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 360 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 27 santimetr artım qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 137 kubmetr olub.
Kür çayının aşağı axınında və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsinin əsasən azaldığı müəyyən edilib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 420, Şirvanda 283, Salyanda 207, Bankədə 183, Novruzlu məntəqəsində isə 115 santimetrdir.
AZERTAG.AZ :Kür çayının yuxarı axınında suyun səviyyəsi azalıb