"Arsenal"ın baş məşqçisi Arsen Venger komandasının cari mövsümdəki çıxışı haqda danışıb.
Goal.az xəbər verir ki, fransız çalışdırıcı komandadakı problemlərə toxunub: "Obyektiv danışsaq, bu mövsüm böyük komandalarla matçlarda hamıdan yaxşı təsir bağışladıq. Ancaq daha az təzyiqlə üzləşəndə vəzifələrimizin öhdəsindən gəlmirdik. Futbolçularıma hər dəfə "bütün oyunlarda 90 dəqiqə mübarizə aparmaq lazımdır" deməkdən yorulmuram. Hücumameyilli komandayıq. Yalnız müdafiə olunmaqla böyük klub sayıla bilməzsiniz. Öz vəzifələrimizi anlayırıq və işimizi görməyə çalışırıq. Bundan sonra da inkişafa can atmalıyıq. Bu o demək deyil ki, oyun üslubumuzu dəyişməliyik. Sadəcə, onu daha da təkmilləşdirməliyik".
Milli.Az