Avropa İttifaqı Yunanıstana maliyyə yardımı proqramının müddətini uzadıb

Avropa İttifaqı Yunanıstana maliyyə yardımı proqramının müddətini uzadıb
01:37 21 Fevral 2015
52 Dünya
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 01:34 ]

Bakı-APA. Avropa İttifaqına üzv ölkələrin maliyyə nazirləri və Yunanıstan rəsmi Afinaya maliyyə yardım proqramının dörd ay müddətinə uzadılmasına dair razılıq əldə ediblər.

APA-nın BBC-yə istinadən məlumatına görə, Yunanıstan, öz növbəsində, struktur islahatlar həyata keçirəcəyini təsdiq edib. Fevralın 23-də Yunanıstan hökuməti islahatlara dair təkliflərin siyahısını Avropa qrupuna təqdim etməlidir.

 

Bundan əvvəl parlament seçkilərində qələbə qazanmış solçu “Siriza” partiyasının lideri Aleksis Tsipras borcların silinməsi üçün səy göstərəcəyini bildirmişdi. Avropa qrupunun sədri Yerun Deysselblum danışıqlardan sonra deyib ki, Yunanıstan hökuməti ölkənin borcları üzrə bütün öhdəliklərini yerinə yetirməyə söz verib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373586

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR