"Qaz 24" markalı avtomobil ağaca çırpıldı

"Qaz 24" markalı avtomobil ağaca çırpıldı
10:47 21 Fevral 2015
142 Digər
Ölkə mətbuatı
A- A+

Dünən axşam saatlarında Xaçmaz-Quba yolunun Xaçmaz rayonunun Arzu qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Quba istiqamətində hərəkətdə olan 1980-ci il təvəllüdlü, Şirvan rayon sakini Vəkalət Hüseynovun idarə etdiyi 99 GO 716 dövlət nömrə nişanlı “Qaz 24” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı avtomobil yararsız vəziyyətə düşsə də, xoşbəxtlikdən sürücü xəsarət almayıb. O, avtomobildə tək olub. Qəzaya yolun sürüşkən olmasının səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/325884.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR