Deputat Özgecan ailəsində (FOTO)

Deputat Özgecan ailəsində (FOTO)
10:56 21 Fevral 2015
87 Dünya
Ölkə mətbuatı
A- A+

Millət vəkili Qənirə Paşayeva Türkiyədə vəhşicəsinə qətl edilən Özgecan Aslanın ailəsini ziyarət edib.

ANS PRESS-in məlumatına görə, xanım deputat Mersində olub və Özgecanın ailəsinə başsağlığı verib. O bildirib ki, Azərbaycandakı qardaşlarımız da bu hadisəyə kədərləniblər və acınızı bölüşürlər:

"Bunu biləsiniz ki, nə qədər sizin canınız ağrıdısa, siz nə qədər kədərlənib ağladınızsa, Azərbaycandakı qardaşlarımız da bir o qədər kədərləndi. Acı çəkib ağladıq. Ağrınızı paylaşmaq istədik. Çünki böyüklərimiz acı paylaşıldıqca azalar deyərdi. Bizdə sizin acı və ağrılarınızı bir az olsun paylaşmaq istədik", - deyə deputat söyləyib.

Qənirə Paşayeva ümid edir ki, bundan sonra heç bir gənc qızımız, qadınlarımız və uşaqlarımız belə bir acı yaşamayacaq: "Hamımız birlik, bərabərlik içində çalışmalıyıq ki, böyüyən uşaqlarımız sevgi dolu olsunlar. İçlərindəki bu şiddətə meyillilik olmasın. Belə ağrılar yaşanmasın. Cəmiyyət olaraq belə ağrılar yaşanmaması üçün daha çox çalışmalıyıq ki, uşaqlarımız qızlarımız belə şiddətin, belə mərhəmətsizliyin vəhşicəsinə qətl qurbanı olmasınlar".

Xatırladaq ki, Ö.Aslan rəfiqəsi ilə alış-verişdən sonra evə qayıtmaq üçün avtobusa minib. Rəfiqəsi evlərinin yaxınlığında düşdükdən sonra o ictimai nəqliyyatda tək qalıb. Sürücü isə avtobusu kimsəsiz bir yerə sürərək qıza təcavüz etməyə çalışıb. Bu zaman onlar arasında dava düşüb. 20 yaşlı tələbə sürücünün üzünə bibər qazı töküb. Bundan hiddətlənən şəxs onu bıçaq və dəmir parçası ilə öldürüb. Cinayətin izini saxlamamaq üçün isə qızın əllərini biləkdən kəsərək cəsədinə od vurub.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=327380

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR