"İstəmirəm Elnur Azərbaycana qayıtsın"

"İstəmirəm Elnur Azərbaycana qayıtsın"
11:11 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Samir Cavadzadə "O səs Türkiyə"də qalib olan dostu Elnur Hüseynovdan danışıb.

Axşam.az-ın məlumatına görə, ifaçı "ATV Maqazin"ə açıqlamasında Elnurun Bakıya tez qayıtmasını istəmədiyini deyib:

"Onun birinci olması bütün xalqın uğurudur. Türkiyədə elə bir səs yoxdur. Çox sevindiricidir ki, nəhayət, Elnuru dinləməyə başladılar. Hamı deyir Elnur itmişdi, dəvətlərə getmirdi. Başqa tərzdə insandı, bunu irad tutmaq lazım deyil. Mən ona nisbətən daha çox efirlərdə görünürəm. İstəmirəm Elnur Azərbaycana tez qayıtsın. Ən az Türkiyədə bir albom hazırlasın. Elnurun geyiminə də söz atırlar ki, papağı çıxarsın".

S.Cavadzadə özünün də yaxın günlərdə bir müsabiqəyə qatılacağını bildirib:

"Elnur ora getməzdən əvvəl mənə bir mahnı təqdim etmişdi. Demo versiyadadır, bizim duetimizdir. O, mahnı evdə qalıb. Mən də yarışmaya qatılacam. Amma bu Rusiya və Türkiyə deyil. Avropa ölkəsi olacaq. Hətta bir neçə gün əvvəl Avropadan bir təklif aldım. Maraqlı layihə var, məni də dəvət etdilər".

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26870

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR