Lamiyənin keçmiş nişanlısının əfv ərizəsi təqdim olundu

Lamiyənin keçmiş nişanlısının əfv ərizəsi təqdim olundu
11:17 21 Fevral 2015
216 Sosial
Ölkə mətbuatı
A- A+

“Lamiyyə işi”ndə ömürlük azadlıqdan məhrum edilmiş Vüqar Əliyevin əfv ərizəsi Əfv Məsələləri üzrə Dövlət Komissiyasına təqdim olunub.

Qafqazinfo xəbər verir ki, bu barədə onun vəkili Adəm Məmmədov sosial şəbəkədə məlumat verib.

Məsələ ilə bağlı A.Məmmədov modern.az saytına açıqlamasında bildirib ki, Lamiyənin azad olunması sonun başlanğıcıdır: "Bu qərar hüquqlarını müdafiə etdiyim Vüqar Əliyev üçün də bir işıq yoludur. Hesab edirəm ki, Vüqarla bağlı da ədalət bərqərar olacaq. Böyük ehtimalla Vüqar Əliyev də yaxın günlərdə azadlığa çıxacaq. Biz hamımız bunu arzu və ümid edirik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR