A–
Tehran, 19 aprel, AZƏRTAC
Aprelin 20-də İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Azərbaycana səfər edəcək.
İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyasının həmsədri M.Vaezi Astara şəhərində komissiyanın Azərbaycan tərəfindən olan həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev ilə görüşəcək.
Görüşdə qarşılıqlı əlaqələrin inkişafı və komissiyanın qəbul etdiyi qərarların icrası nəzərdən keçiriləcək.
Bununla yanaşı, hər iki nazir Astara çayı üzərində inşa ediləcək dəmir yolu körpüsünün təməlqoyma mərasimində iştirak edəcəklər. Səkkiz kilometrlik dəmir yolu körpüsü Qəzvin-Rəşt dəmir yolu xəttinin davamı olacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
AZERTAG.AZ :İranın rabitə və informasiya texnologiyaları naziri Azərbaycana səfər edəcək