Bakı. Trend:
Aprelin 19-da "Bakı Fond Birjası" QSC-də Maliyyə Nazirliyinin AZ0102009492 ISIN kodlu, tədavül müddəti 182 gün olan 10,0 milyon manat və AZ0104010498 ISIN kodlu, tədavül müddəti 364 gün olan 10,0 milyon manat məbləğlərində dövlət istiqrazları üzrə hərrac keçirilib.
Trend nazirliyin saytına istinadən məlumat verir ki, AZ0102009492 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 26,5 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 10,0 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 93,8967 (gəlirlilik 13,1436%), orta ölçülmüş qiyməti isə 94,3208 (gəlirlilik 12,1753%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 18 oktyabr 2016-cı ildir.
Eyni zamanda AZ0104010498 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 12,1 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 10,0 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 87,0100 (gəlirlilik 15,0115%), orta ölçülmüş qiyməti isə 89,8585 (gəlirlilik 11,3482%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 18 aprel 2017-ci ildir.