“Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda konfrans

12:18 21 Fevral 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc
Aprelin 10-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutunun təşkilatçılığı ilə “Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda konfrans keçiriləcək.
İnstitutdan AzərTAc-a bildiriblər ki, konfransın keçirilməsinin məqsədi ermənilərin Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaqdır.
Tədbirdə “Soyqırımın tarixi-siyasi kökləri və onun qarşısının alınması yollarına kompleks yanaşma”, “Xocalı soyqırımına beynəlxalq hüquqi-siyasi qiymətin verilməsi”, “Beynəlxalq hüquqda soyqırımı problemi”, “XX əsrin əvvəllərində erməni quldur dəstələri terror təşkilatlarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı aktları” mövzuları ətrafında müzakirələr aparılacaq.
Maraqlananlar tezislərini martın 15-dək iro@human.science.az elektron ünvanına göndərməlidirlər.
Ətraflı məlumatı İnsan Hüquqları İnstitutunun www.ihr-az.org http://www.ihr-az.org/ saytından əldə etmək olar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Saxta_ermeni_soyqirimi_uydurma_ve_gercheklik_movzusunda_konfrans-833902

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR