“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Fond sahibkarlardan iri fermer təsərrüfatının, bağçılıq, cins heyvandarlıq, tütünçülük və arıçılıq təsərrüfatlarının, çörək istehsalı və meyvə emalı müəssisələrinin və 3 ulduz otelin yaradılması istiqamətində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edib.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.
Xatırladaq ki, SKMF aprelin 14-də Qax rayonunun Zəyəm kəndində işgüzar forum keçirib.