A–
Bakı, 20 aprel, AZƏRTAC
“AXA MBASK” sığorta şirkətinin “Qazananlar klubu”nun növbəti iclası Dubayda keçirilib.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində sığorta bazarının imkanları və cari problemlərinə həsr olunan işgüzar görüşlər keçirilib.
Şirkətin rəhbərliyi agentliklər şəbəkəsinin genişləndirilməsini, könüllü və icbari sığorta növlərinin satış həcmlərinin artırılmasına yönəldilmiş plan və strategiyaları, müştəriyə təqdim edilən xidmətin keyfiyyətini artırılması, habelə əməliyyat proseslərinin təkmilləşdirilməsinə dair sığorta agentlərinin təklifləri və layihələrini agentlərlə müzakirə edib.
Bildirilib ki, “Qazananlar Klubun”un üzvləri, “AXA MBASK” ilə minimum 4 il əməkdaşlıq edən agentlər olub, və bu agentlərin 2015-ci ildə yığdıqları sığorta haqlarının həcmi, bazardaki sığorta şirkətlərinin reytinqində 10-15-ci yerə daxil olacaq səviyyədədir. Hal-hazırda “AXA MBASK” sığorta şirkətinin satışlarının 75 faizi agentlər tərəfindən edilir.
AXA Qrupun Qlobal strategiyasına uyğun olaraq, şirkətin illik gəlirinin müəyyən hissəsi agentlərın inkişafına və motivasiyasına sərf olunur.
AZERTAG.AZ :“AXA MBASK” “Qazananlar klubu”nun növbəti iclası Dubayda keçirilib
