Balaxanı zibilliyindən odlu silah və sursatlar tapılıb

Balaxanı zibilliyindən odlu silah və sursatlar tapılıb
13:33 21 Fevral 2015
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir İlkin İzzət/

Bakının Balaxanı qəsəbəsi ərazisindəki zibillikdən silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşları tərəfindən Balaxanı qəsəbəsində yerləşən “Təmiz Şəhər” ASC-yə məxsus ərazidə döyüşə yararsız 2 ədəd pnevmatik tapança, 1 ədəd alışdırıcısız “F-1” qumbarası, 1 ədəd patron darağı və 195 ədəd müxtəlif çaplı patron tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2366781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR