"4K" ilə çəkilmiş sevgi himni (VİDEO)

"4K" ilə çəkilmiş sevgi himni (VİDEO)
14:06 21 Fevral 2015
73 Şou
Ölkə mətbuatı
A- A+

Aşıq Samirə və "Qala" qrupunun solisti, bəstəkar-müğənni Ceyhun Əliyev "Xoşbəxt oluram" adlı duetlərinə çəkdirdikləri klip hazırdır.

ANS PRESS-in məlumatına görə, sözləri idmançı və məşqçi kimi tanınan Anar Süleymanova, musiqisi Ceyhunun özünə, aranjimanı Rəşad Hüseynə məxsus olan klip bu gün internet istifadəçiləri üçün təqdim olundu.

Kino effekti yaradan "4K" kamerası ilə çəkilmiş ekran işinə populyar azərbaycanlı rejissor Delee quruluş verib.

Klipdə istifadə olunmuş geyimlərin ideya müəllifi Amerikada peşəkar stilistlərdən təhsil almış həmyerlimiz Səbinə İsmayılovadır. Hər iki müğənninin obrazına rəng qatan qrimləri edən də məhz bu xanımdır.

Təmiz və saf sevginin canlandırıldığı klipdə süjet xətti olmasa da Ceyhun və Samirə 1940-cı illəri xatırladan görüntülərdə aktyorluq bacarıqlarını mükəmməl şəkildə nümayiş etdirirlər.

Yayımladığımız YouTube linkində "Xoşbəxt oluram" vizual məhsulunu izləyə bilərsiniz.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=327366

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR