Balaxanı zibilliyindən silah-sursat çıxdı

Balaxanı zibilliyindən silah-sursat çıxdı
14:36 21 Fevral 2015
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Balaxanı qəsəbəsi ərazisindəki zibillikdən silah-sursat tapılıb.

Bu badərə məlumat ANS PRESS-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilib.

Nazirliyin məlumatında qeyd edilir ki, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşları tərəfindən döyüşə yararsız 2 ədəd pnevmatik tapança, 1 ədəd alışdırıcısız “F-1” qumbarası, 1 ədəd patron darağı və 195 ədəd müxtəlif çaplı patron tapılıb.

Sursat Balaxanı qəsəbəsində yerləşən “Təmiz Şəhər” ASC-yə məxsus ərazidə açkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327420

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR