R.Quliyevin sözlərinə görə, bu qərar 2:3 hesabı ilə uduzduqları oyundan dərhal sonra çıxarılıb. Baş məşqçi F.Rəhimovun qeyri-müəyyən müddətədək kənarlaşdırıldığını bildirib. Lakin o, 26 yaşlı müdafiəçinin qeyri-etik jestindən xəbərsiz olduğunu söyləyib. Gənc mütəxəssis bu qərarı F.Rəhimovun peşəkar futbolçu kimi onu qane etməməsi ilə əlaqələndirib.
Qeyd edək ki, xoşagəlməz olay matçın 30-cu dəqiqəsində baş verib. Fərrux Rəhimov qol vuran komanda yoldaşı Elnur Mustafazadəyə qarşı qeyri-etik hərəkətə yol verib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2.