"Report"un "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, hazırda İtaliyanın 3-cü liqasında çıxış edən "Piza"nın baş məşqçi olan C.Qattuzo mövsüm sonunda Qazaxıstan Futbol Federasiyasının nümayəndələri ilə danışıqlar aparacaq.
Tərəflər razılığa gələrsə, C.Qattuzo baş məşqçilik karyerasını Qazaxıstanda davam etdirəcək.
Qeyd edək ki, Qazaxıstan Futbol Federasiyası rusiyalı Yuriy Krasnojanla ötən ilin dekabrında yolları ayırıb. Hazırda yığmanın baş məşqçi vəzifəsini Talqat Baysufinov və Nurjen Mazbayev həyata keçirir.