Rusiyada Quranı fasiləsiz oxuyurlar

Rusiyada Quranı fasiləsiz oxuyurlar
17:52 2 Yanvar 2015
104 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyada ilk dəfə olaraq Quranın fasiləsiz oxunuşuna başlanıb

Milli.Az İnterfax-a istinadən bildirir ki, Kazandakı Kul Şarif məscidində bu gün müqəddəs kitabın fasiləsiz oxunuşuna başlanılıb.

"Bütün sutka, ilin 365 günü, bütün fəsillər boyu Kul Şarif məscidində Quran oxunacaq, Rusiya ilə Tatarıstanın xoş güzəranı naminə dualar ediləcək", - Tatarıstan Dini İşlər üzrə İdarəsindən agentliyə bildiriblər.

Müsahibin sözlərinə görə, Quranın fasiləsiz oxunması tək Tatarıstan deyil, həmçinin Rusiya üçün unikal haldır, çünki ölkədə birinci dəfədir ki, təşkil olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/316958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR