Cənubi Sudanda yaraqlılar 89 uşağı tutublar

Cənubi Sudanda yaraqlılar 89 uşağı tutublar
21:18 21 Fevral 2015
53 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc
Cənubi Sudanda naməlum yaraqlılar azı 89 uşağı tutublar. Bu barədə France-Presse agentliyi məlumat yayıb.
AzərTAc TASS İnformasiya istinadla xəbər verir ki, BMT Uşaq Fondunun (UNICEF) nümayəndələrinin bildirdiyinə görə, hücum ölkənin şimalındakı şəhərlərdən birində baş verib. UNICEF-də qeyd edirlər ki, tutulan uşaqların sayı bundan xeyli çox ola bilər.
Qeyd edək ki, Cənubi Sudanda xeyli vaxtdır müharibə gedir. Münaqişədə 20-yə yaxın müxtəlif silahlı qruplaşma iştirak edir. Ölkənin 12 milyonluq əhalisinin yarıdan çoxu humanitar yardıma möhtacdır. Müharibədən və etnik təmizləmədən yaxa qurtarmağa çalışan yüz mindən çox qaçqın BMT-nin hərbi bazalarına sığınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cenubi_Sudanda_yaraqlilar_89_usagi_tutublar-834021

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR