Sabir Yer kürəsi haqda nə yazmışdı?

Sabir Yer kürəsi haqda nə yazmışdı?
21:22 21 Fevral 2015
127 Maraqlı
Ölkə mətbuatı
A- A+

Son bir neçə gündür media Yerin fırlanması haqqında mübahisələr gedir. Milli.Az kulis.az-a istinadən keçən əsrin ilk illərində Mirzə Ələkbər Sabirin yazdığı şeiri polemika üçün aktuallığını nəzərə alaraq çap edir.
 
BAKIDA BİR KƏNDDƏ MÜHAVİRƏ
 
Kəndli:
 
- Denilir, elm oxuyun, sözləri hər anda bizə,
Bunu təsdiq ediyor ayeyi-Quran da bizə,
 
Axund:
 
- Hansı Qurandır o ki, onda yazılmış bu xəbər?
Şiə mollası yazan türkicə quransa əgər,
Mən onun yazdığı qurana yavıq durmayıram,
Maşa ilə yapışıb, əl də belə vurmayıram.
 
Kəndli:
 
- Xub, buyur sünni yazan bir neçə təfsiri oxu,
Elmin icabı üçün ondakı təqdiri oxu!
 
Axund:
 
- Ox, apar bir yana at sünni yazan təfsiri!
Başına dəysin onun tərcüməsi, təhriri!
Bizlərə molla filankəs yazan asar gərək!
Biz olaq ondakı məzmunə xəbərdar gərək!
 
Kəndli:
 
-O yazıb: yer öküzün buynuzu üstündə durur,
Biz gərəkdir inanaq ki, kişi boylə buyurur?!
 
Axund:
 
- Buna şübhən də var?
 
Kəndli:
 
- Əlbəttə, inanmam bu sözə!
 
Axund:
 
-Nələtulla, a gavur, şəkk ediyorsan öküzə?!
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/325841.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR