Bakıda kütləvi manat alışı başladı

Bakıda kütləvi manat alışı başladı
23:57 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

“Əvvəllər dolları alırdılar, indi isə əksinə dolları satırlar"
Dolların qalxacağı xəbəri bir neçə gün idi ki, ölkəni əhatə eləmişdi və işini ehtiyyatlı tutanlar da manatlarını dollara çevirməyə macal tapmışdılar. Amma hökumətin ən yüksək çinli məmuru, Mərkzi Bankın rəhbəri Elman Rüstəmovun qəfil açıqlaması əhalini sakitləşdirməyi bacarmışdı. Vətəndaş da haqlı olaraq məmuruna inanmışdı. Bəs nə baş verdi ki, bir gecədə, özü də iş günənə keçməyən gecədə dollar bu qədər bahalaşdı?
 
Milli.Az anspress-ə istinadən bildirir ki, Milli Bankın məzənnə ilə bağlı qərarından sonra valyuta dəyişmə məntəqələrində ajiotaj yaranıb. Amma maraqlıdır ki, ötən günlərdə vətəndaşlar dollar əldə edirdilərsə indi əks proses baş verirdi.
 
Valyutadəyişmə məntəqəsinin əməkdaşı Elman Bayramov: “Əvvəllər dolları alırdılar indi isə əksinə dolları satırlar”
 
Çəkiliş zamanı valyuta dəyişmə məntəqələrində kifayət qədər sıxlığın olduğunu da müşahidə etdik. Əllərində olan pulu sərfəli şəkildə mübadilə etmək istəyənlər bununla bağlı heç bir problem yaşamırlar.
 
Valyutadəyişmə məntəqəsinin əməkdaşı Fuad Quliyev: “Problem yoxdur. Alışı da satışı da normal həyata keçiririk. Hər şey rəsmidir. Bankın əməkdaşları da gəlirlər yoxlayırlar kifayət qədər valyuta var. Müştərilərimizi narazı salmırıq”
 
Pullarını dəyişmək istəyən vətəndaşlardan müsahibə almaq cəhdlərimiz isə boşa çıxdı.
 
Milli Bankın rəsmi açıqlamasına görə, 1 dollarin rəsmi məzənnəsinin 1 manat 5 qəpik səviyyəsində müəyyən edilməsində məqsəd iqtisadiyyatin şaxələndirilməsi, yerli istehsalın stimullaşdırılması, ixrac potensialının və Azərbaycanda istehsal edilmiş malların rəqabət qabiliyyətinin artırılmasıdır.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/41863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR