Bakıda keçirilən oyunlara ABŞ maraq göstərdi

Bakıda keçirilən oyunlara ABŞ maraq göstərdi
03:46 22 Fevral 2015
68 İdman
Ölkə mətbuatı
A- A+

Avropa oyunları ABŞ ərazisində canlı izlənəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə yarışmanın press-relizində xəbər verilir.

Avropa oyunları bu ilin yayında yarışmaların ABŞ-da translyasiya olunması barədə "Universal Sports Network" şirkəti ilə razılıq imzalayıb.

Razılığa əsasən, 12-28 iyun tarixində möhtəşəm açılış və bağlanış tədbirləri də olmaqla Azərbaycanda keçirilən oyunlar "Universal Sports Network" telekanalı və "UniversalSports.com" saytında yayımlanacaq.

Qeyd edək ki, bu ilin 12-28 iyun tarixində Bakıda ilk dəfə olaraq Avropa oyunları keçiriləcək. Yarışlar 20 idman növü üzrə 253 kompleks mükafatlar uğrunda gedəcək. Böyük idman tədbirində 6 min idmançının iştirak edəcəyi gözlənilır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=327365

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR