Rustavi şəhərində Xocalı faciəsinə həsr olunan tədbir keçirilib

04:42 22 Fevral 2015
58 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 22 Fevral 2015 04:28 ]


Gürcüstan. Nizami Məmmədzadə-APA. Fevralın 21-də Rustavi şəhərində Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) Gənclər şöbəsinin dəstəyi, Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin  (RAMM) təşkilatçılığı ilə Rustavidə Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edildikdən sonra RAMM sədri Xələddin Yolçuyev Xocalıda baş vermiş faciə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Sonra tədbirdə AMM-in Gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva dünyanın hər yerində olduğu kimi, fevral ayında Gürcüstanda da Xocalıya Ədalət kampaniyasının keçirildiyini və Xocalı və Qarabağ həqiqətlərinin dünya ictimayyətinə çatdırılmasının əhəmiyyətindən danışıb: “Biz bir millət olaraq təəssüf hissi ilə qeyd edirik ki, bu faciə haqqında dünya ictimayyəti hələ də susur və bu soyqırım faktını hələ də bir çox ölkələr qəbul etməyib. Biz əminik ki, Gürcüstanın və Azərbaycanın işğal altında olan torpaqları azad olunacaq və Gürcüstanda yaşayan gürcülər və azərbaycanlılar da bu günü birlikdə qeyd edəcəyik”, deyə N. Əliyeva qeyd edib.

 

Xocalıya həsr olunan tədbirdə çıxış edən Rustavi şəhər meriyasının və Kvemo Kartli  bölqəsi administrasiyasının əməkdaşlarından Koba Qardasanidze, Zura Baydaraşvili , Ramila Allahyarova və Paata Tkebuçava bu cinayəti pislədiklərini bildirərək buna hüquqi statusun verilməsinin zəruri olduğunu qeyd ediblər. 

 

Tədbirdə Rustavidə təhsil alan gürcü və azərbaycanlı məktəblilər Xocalı faciəsi barədə ədəbi-bədii kompozisiya hazırlayıblar. Tədbirin sonunda Xocalı hadisələrindən bəhs edən sənədli film nümayiş olunub. Tədbir iştirakçılarına gürcü dilində çap olunan informasiya bukletləri paylanılıb, foto və rəsm stendlərindən ibarət  sərgi təşkil olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373654

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR