"Bu, həyatımda ən çətin qərar oldu"

"Bu, həyatımda ən çətin qərar oldu"
18:52 2 Yanvar 2015
162 İdman
Ölkə mətbuatı
A- A+

“Hələ ki, hansı komandada çıxış edəcəyimi bilmirəm. Ancaq dəqiq deyə bilərəm ki, “Luverpul”un rəqiblərindən olan komandalara keçməyəcəm".

“Liverpul”dan gedəcəyini rəsmən bəyan edən Stiven Cerrard bu barədə açıqlama verib.

Qol.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan 34 yaşlı kapitan doğma klubundan ayrılmağın çox çətin olduğunu bildirib: 

“Bu, mənim həyatımda ən çətin qərar oldu. Ailəm və mən bunu çox çətin həzm edirik. “Liverpul”dan getməyimlə bağlı müxtəlif dedi-qodular yarandı. Ancaq bunlar doğru deyil. Ömrümün yarısını  bu komandada keçirmişəm. Ona görə də “Liverpul”a “hələlik” demək çətindir. Ancaq görürəm ki, həm ailəm, həm də klubum üçün düzgün addım atıram”.

“Liverpul”un canlı əfsanəsi karyerasını hansı klubda davam etdirəcəyinə hələlik qərar vermədiyini deyib: “Hələ ki, hansı komandada çıxış edəcəyimi bilmirəm. Ancaq dəqiq deyə bilərəm ki, “Luverpul”un rəqiblərindən olan komandalara keçməyəcəm. Ümumiyyətlə, gedəcəyim komanda “Liverpul”la qarşılaşmayacaq. İnanıram ki, bir gün yenidən “Liverpul”a qayıdacam və doğma komandama xidmət edəcəm. Baş məşqçimiz Brendan Rocersə təşəkkür edirəm ki, mənim qərarımı hörmətlə qarşıladı. Eləcə də komanda yoldaşlarım və azarkeşlərə minnətdaram ki, mənə dəstək oldular”.

Qeyd edək ki, 1998-ci ildən "Liverpul"da çıxış edən Cerrard komandası ilə Çempionlar Liqası və Avropa Kubokunun qalibi olub, 2 dəfə İngiltərə Kuboku, İngiltərə Superkuboku və UEFA Superkubokunu qazanıb, 3 dəfə isə İngiltərə Liqa Kubokuna sahib olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR