"Xəzər Lənkəran"ın sabiq oyunçusu "Simurq"da

"Xəzər Lənkəran"ın sabiq oyunçusu "Simurq"da
18:56 2 Yanvar 2015
165 İdman
Ölkə mətbuatı
A- A+

"Simurq" əsas heyətə daha bir futbolçu cəlb edib.

ANS PRESS klubun saytına istinadən yaydığı xəbərə görə, Zaqatala klubu Elnur Abdullayevlə növbəti mövsümün sonuna qədər müqavilə imzalayıb. 28 yaşlı yarımmüdafiəçi "Simurq"un heyətində yeddi nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, E.Abdullayevin son klubu "Xəzər Lənkəran" olub. 2010-cu ildən Lənkəran təmsilçisinin şərəfini qoruyan təcrübəli yarımmüdafiəçi Premyer Liqada 162 matçda meydana çıxıb və 11 qol vurub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR