Qalmağa razılıq verən Xavi qovula bilər

“Barselona” La Liqada ikinci yeri tutmasa, rəhbərlik mövsümün sonunda Xavini istefaya göndərə bilər.

Metbuat.az xəbər verir ki, klub rəhbərliyi üçüncü yeri “Barsalona” üçün uğursuzluq hesab edir. Bildirilir ki, “Barselona” üçüncü yeri tutarsa klub Superkubokda oynamayacaq və bu turnirdə iştiraka görə qazancını itirəcək.

Qeyd edək ki, Xavi bundan əvvəl klubdan ayrılacağını bildirsə də, danışıqlardan sonra o qalmağa razılıq verib. 34 turdan sonra “Barselona” 73 xal toplayaraq turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. İkinci pillədə qərarlaşan “Jirona”nın isə 74 xalı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı