Bahalaşma oyunu (FOTO)

Bahalaşma oyunu (FOTO)
11:46 22 Fevral 2015
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Manatın düşməsi ilə müşahidə olunan qiymət artımı sahibkarları daha da həvəsləndirib.

ANS PRESS-ə verdiyi məlumatına görə, sahibkarlar mağazaların rəflərindəki malları anbarlara daşıtdırırlar. Bu gün isə bəzi marketlər təmamilə bağlıdırlar. Sözsüz ki, bütün bunlar dollarin məzənnəsinin dəyişməsindən sonra malların yeni qiymətə satılması məqsədilə edilir.

Faiq Əli adlı vətəndaşdan sosial mediyada paylaşdığı statusu isə baş verənlərə bir sübutdur. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

"Bu gün bir hadisə ilə rastlaşdım. Belə ki, evə bazarlıq etmək niyyəti ilə Köhnə Günəşlidə yerləşən marketlərin birinə girdim. Əvvəl gördüyümə inanmadım. Rəflərdəki yerli və xarici malların işçilər tərəfindən arabalara təlaşla boşaldılmasını gördüm və özlüyümdə dollar kursunun qalxması ilə millətin qanını necə içəcəklərini güman etdim. Və qeyri-ixtiyari olaraq bu səhnəni video çəkilişini etdim. Üstündən 20 saniyə keçməmiş bütün rəhbər işçiləri qabağımda gördüm və məndən videoçəkilişin silinməsini tələb etdilər. Hamı bizi seyr edirdi. Böyük çəkişmə oldu. Çox qorxurdular. Hər halda istehlakçılara xəbər etmədən almaq istədiyin malı "satılmır” demələri çox murdar hərəkət idi. Uzun sürən söhbətdən sonra videonu sildim. Amma fotolar qaldı. Bundan sonra qiymətlərin necə olacağını təsəvvür etmirem. Sahibkarların bu vəziyyətdən belə istifadə etməkləri isə murdarlıqdır.



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=327541

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR