Bakıda internet köşklərinin sayı artırılır

Bakıda internet köşklərinin sayı artırılır
12:47 22 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Bakı-2015 ilk Avropa Oyunları və digər tədbirlərın keçiriləcəyi obyektlər simsiz WiFi xidməti ilə təmin ediləcəklər. Bu barədə Trend-ə “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Xankişi Kişiyev bildirib.

Onun sözlərinə görə, paytaxtın digər ictimai yerlərində (parklarda, stadionlarda, ticarət-əyləncə mərkəzlərində) WiFi-ın açılması ilə həmin yerlərə məsul olan strukturlar məşğul olacaqlar.

Hazırda İstehsalat Birliyi Olimpiya stadionunda multimedia taksofonlarının və internet-kioskların quraşdırılmasına başlayıb. İlkin mərhələdə təxminən 20 bu cür qurğu quraşdırılacaq.

Kişiyevin sözlərinə görə, yarışların və digər tədbirlərin keçiriləcəyi digər obyektlərdə telekommunikasiya infrastrukturunun qarşıdakı oyunlara hazırlığı çərçivəsində 400 kilometrdən artıq uzunluqda optik rabitə xətti çəkilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/325984.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR