"Sadəcə sev" filminin rejissoru Sain Qəhrəman bu gün təqdim edəcəyi ekran işi haqda Milli.Az-a açıqlama verib. O, Günayın ifa etdiyi rola bir çox aktrisalarımızı sınaqdan keçirdiyini bildirib:

"Bu cür ssenarilər dünya kino praktikasında çox istifadə olunub. Biz isə bunun bir az Azərbaycan variantını etdik. Filmdə mövzu bir gənc cütlüyün ailəsində baş verən problemlərdən gedir. O ki qaldı baş rolda çəkdiyim Günay İbrahimliyə... Filmdə baş rola elə bir xanım axtarırdıq ki, gözləri qəmli, üz cizgiləri isə çox da gözəl olmasın. Gözəl aktrisalarımız da çoxdur, amma göz aktrisanın ən gözəl ifadə etdiyi vasitədir. Mən kastinqə çağırdığım aktrisaların çoxunda gözdə o məsumluğu, həyatdan ümidini itirən qadın siması görmədim. Buna görə də Günayı çəkdim. Günayla çəkilişdə heç bir çətinlik çəkmədim, verdiyim tapşırıqları həmin anda yerinə yetirirdi. Komandamız da çox peşəkar idi, bütün kollektivimizə - ssenari müəllifi Elçin Muradova, operatorlarımız Orxan Məmmədov və Vasif Vəlizadəyə, səs rejissorumuz Vüsal Həsənova, montaj işləri ilə məşğul olan Fərəc Süleymanova təşəkkürlərimi bildirirəm".

"Bəs niyə baş rolda Pərvin Abıyevanı çəkmədiz?" sualına rejissor bu cür cavab verib:

"Hər bir rejissorun öz baxış prizması var. Ola bilər ki, kiməsə görə Pərvin Abıyeva bu rola uyğun gələ bilər, kiməsə görə - yox. Pərvin Abıyeva o rola uyğun deyildi, onun üz cizgiləri insana daha çox xoşbəxt qadın təsiri bağışlayır", - deyə rejissor bildirib.

Qeyd edək ki, "Sadəcə sev" filminin təqdimatı bu gecə Nizami Kino Mərkəzində olacaq.

Əli Rəhimoğlu

Milli.Az

"Pərvin Abıyeva yox, bizə Günay kimi qız lazım idi" - FOTOSESSİYA