Yollar qardan təmizlənir

Yollar qardan təmizlənir
14:36 22 Fevral 2015
64 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda qarlı hava şəraitinin yollarda səbəb olduğu fəsadların aradan qaldırılması üçün bütün zəruri texnika səfərbər olunub.

ANS PRESS-in məlumatına görə, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin tabeliyində olan avtomobil yolları, körpülər və yol qurğularında gün ərzində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə bütün texnikalar dünən axşam saatlarından başlayaraq təmizlik işlərinin aparılmasına cəlb edilib.

ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev açıqlamasında bildirib ki, 24 saat növbətçilik sistemi ilə Bakının və ölkənin digər yolları qardan təmizlənir. Bu işlər gecə boyunca aparılıb və hazırda yollarda avtomobillərin hərəkəti üçün problem yoxdur. Onun sözlərinə görə, əsasən enişli-yoxuşlu yollar qardan təmizlənir.

Hazırda respublikanın əsas magistral yolları, həmçinin paytaxt Bakının əsas yolları qardan təmizlənib və nəqliyyatın hərəkəti təmin edilib.

Respublikanın bütün rayonlarında əsas yolların təmizlənməsi üçün tədbirlər davam etdirilir. Əldə etdiyimiz məlumata görə, axşamdan başlayan təmizlik işləri günün sonunadək davam edəcək.

Qeyd edək ki, Azərbaycan sinoptiklərinin proqnozuna görə, ölkədə qarlı, şaxtalı hava şəraiti fevralın 23-nə kimi davam edəcək.









Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=327549

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR