"Nyu-York Kosmos" klubu Françesko Totti ilə danışıqlar aparıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Covanni Savareze "canavarlar"ın kapitanı ilə danışdıqlarını etiraf edib.

"İstənilən məşqçi, qurum, klub Totti kimi futbolçunu ələ keçirmək istər. Bütün karyerasını bir klubda keçirən və uğur qazanan futbolçular azdır. Totti bunlardan biridir. Bu baxımdan Raul və Maldinini yada salmaq olar. Tottini hər kəs öz komandasında görməyə şad olar. Onunla əlaqə saxlaqmışıq. Danışmışıq, başqa heç nə deyə bilmərəm. Biz komandamızın üzvü olmayan futbolçuları müzakirə etməyi sevmirik. İndi Françesko "Roma"nın futbolçusudur".

Yanvarın 14-də Spaletti "Roma"nın sükanı arxasına keçədən sonra iki dəfə Totti ilə konflikt yaşamışdı. Fevral ayında italyan hücumçu Spalettinin oyun taktikasını tənqid etdikdən sonra məşqdən qovulmuşdu. Bundan sonra tərəflər arasında nisbətən sakit münasibət hökm sürür.

Milli.Az